haberL haberR

İraq "Hizbullah"ının iki batalyonu Suriyaya daxil oldu (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.10.2015 14:39:49

İraqın baş nazirinə tabe olan İraq "Hizbullah"ının iki batalyonu anti-terror əməliyyatlarına dəstək vermək üçün Suriyaya daxil olub

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, İraqın baş nazirinə tabe olan İraq "Hizbullah"ının iki batalyonu Hələbdəki anti-terror əməliyyatlarına dəstək vermək üçün Suriyaya daxil olub.

Təşkilatın üzvlərinin sosial şəbəkə profilində yaydıqları videoda İraq "Hizbullah" üzvlərinin İmam Əli (ə) və Xanım Zəhranın (s.ə) qızı Həzrəti Zeynəbi Kubranın (ə) ziyarətgahı olan "Seyyidə Zeynəb" bölgəsində Məhərrəm ayı münasibətilə əzadarlıq etmələrini nümayiş etdirən görüntülər diqqət çəkir.

Bundan başqa Şamdakı digər videoda  İraq "Hizbullah" üzvlərinin piyada döyüşçülərinü görmək olar.

Maraqlı digər məqam isə, bu döyüşçülərin əllərindəki İnqilab lideri Ayətullah Seyid Əli Xameneinin şəkilidir.

Qeyd edək ki, mediada artıq İraqdan T-80 və T-72 tankları olan tank diviziyaları, həmçinin artileriya rotalarının Suriyaya daxil olmasıyla bağlı xəbərlər yayılır. Xəbərə görə, 1400 hərbçidən ibarət iki batalyon artıq Suriyadakı anti-terror əməliyyatlarına başlayıb.

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.