haberL haberR

İraq HQ-i Fəllucədən qaçmaq istəyən İŞİD-çilərin yolunu kəsib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 30.05.2016 15:40:52

İraq HQ-in nümayəndəsi Yəhya Rəsul bildirib ki, çevik dəstələr hazırda Fəllucədəki Tuffah körpüsü istiqamətində hərəkət edirlər.

İslamAzeri.az-ın "Sputnik"ə istinadən verdiyi xəbərə əsasən, İraq hərbçiləri Fəllucə şəhərində irəliləməyə davam edir. Onlar İŞİD terror təşkilatının Fərat çayı üzərində qayıqlarla şəhəri tərk etmək istəyən yaraqlıları mühasirəyə almağa  müvəffəq olublar.

“İrəlidə gedən İraq ordusu Fəllucədən şimalda Fərat çayına çatıblar və qayıqlarda qaçmaq istəyən İŞİD silahlılarının yollarını kəsiblər”, – deyə bildirilir.

“Kontr-terror dəstələri Əbu-İsba kəndi üzərindəki nəzarəti ələ alıblar, federal polis isə Ərəb Naci kəndinə girməyə hazırlaşır”, – deyə mənbədən bildiriblər.

İraq HQ-in nümayəndəsi Yəhya Rəsul bildirib ki, çevik dəstələr hazırda Fəllucədəki Tuffah körpüsü istiqamətində hərəkət edirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.