haberL haberR

İraq Kəşfiyyatı İŞİD-in çox təhlükəli hücumunun qarşısını aldı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.08.2016 11:05:16

İraq Kəşfiyyatı İŞİD-in çox təhlükəli hücum planını güc strukturlarına vaxtında göndərməsəydi...

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, İraq güc strukturları İŞİD-in Bağdadı ələ keçirmək üçün uğursuz planından xəbər verib. Bu hücuma İŞİD lideri Əbubəkr Bağdadi şəxsən başçılıq edib.

Onlarla bomba ilə quraşdırılmış və canlı bombalarla şəhərə hücum etməyi planlaşdıran İŞİD üzvləri, İraq Kəşfiyyatı tərəfindən 4 mərhələdə zərərsizləşdirilib.

İraq Kəşfiyyatı İŞİD-in çox təhlükəli hücum planını güc strukturlarına vaxtında göndərməsəydi çox böyük faciənin olacağı bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.