haberL haberR

İraq könüllülərinin yazdığı məktub sosial medianın gündəminə çevrildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.04.2015 14:57:52

İraq könüllülərinin Tikritdə bir evdə yazdıqları məktub sosial medianın gündəminə çevrilib

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, İraq Xalq Könüllüləri Ordusunun Tikrit əməliyyatları zamanı bir evdə yazıb qoyduğu məktub sosial mediada gündəmə çevrilib.

İŞİD terrorçuları ilə müharibə zamanı könüllü xalq qüvvələrinin tərk edilmiş bir evə girdiyi və evi tərk edərkən də bir məktub yazıb, yanına pul qoyaraq evi tərk etdikləri bildirilib.

Məktubda bu cümlələr yazılıb:

" Salam Əleykum.

Bir müddət evinizdə qaldıq və Allah şahiddir ki, alimimizin (Ayətullah Sistani) bizə öyrətdiyi halal və haramları nəzərə alaraq evinizə ən yaxşı şəkildə baxdıq. Mətbəxinizdə bir kiloqram düyü, şəkər, mərci və bir az duz istifadə etdik və sizin üçün pul qoyuruq. Əgər evinizdə hər hansı çatışmazlıq tapsanız, lütfən aşağıda yazdığımız nömrə ilə əlaqə saxlayın.

Sizdən halallıq istəyirik.

-Xalq Cəbhəsindən qardaşınız,

Tikrit | 04.04.2015"

Xatırladaq ki, İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani İŞİD-lə döyüşən mücahidlər üçün 20 bənddən ibarət olan məsləhət yayımlamışdı. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.