haberL haberR

İraq Kürdistanının başçısı Məsud Bərzani sabah Ankaraya gələcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 22.08.2016 19:06:34

Bərzani son dəfə Türkiyəyə 2015-ci ilin dekabr ayında səfər edib.

İslamazeri.az-ın “Rudaw” qəzeti və “Haberturk” telekanalına istinadən verdiyi xəbərə əsasən, İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani çərşənbə axşamı günü Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfərə gələcək.

KİV-lərin məlumatına əsasən, gözlənilir ki, kürd lideri Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım qəbul edəcək. Danışıqlar mövzusu haqqında məlumat verilməyib.

Xatırladaq ki, Bərzani son dəfə Türkiyəyə 2015-ci ilin dekabr ayında səfər edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.