haberL haberR

İraq kürdləri Türkiyə yerinə Azərbaycanı seçdi

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 07.07.2016 23:33:13

İraq kürdləri bu ildən Türkiyəyə deyil, Azərbaycana turist səfərləri etməyə başlayıblar

İslamazeri.az-ın Kürd mediasına istinadən verdiyi xəbərə görə, İraq Kürdistanının əhalisi yay tətili üçün Türkiyə yerinə Azərbaycanı seçib.

Türk Hava Yollarının Ərbil üzrə satış müdiri Zana Sabir bu haqda məlumat verib.

Onun sözlərinə görə, İstanbuldakı terrordan və viza dəyişikliklərindən sonra, bəzi qrup halında turist səfərləri ləğv edilib. 

"Bu il,  İraq Kürdistanının  əhalisi tətilə Azərbaycana gedirlər. İlk dəfə başlayan Azərbaycan turları bu il gözlənilməz bir şəkildə artıb.", -deyə Türk Hava Yollarının Ərbil üzrə satış müdiri qeyd edib.

"Zagrosjet"in direktoru Mofak Zervani isə, məhz Türkiyənin viza tələblərinə görə, İraq Kürdistanından Türkiyəyə səfərlərin azaldığını bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.