haberL haberR

İraq Kürdüstanı Mosulun 3-də 2-sini mühasirəyə aldığını elan edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.05.2016 15:05:29

“İraq Kürdüstanında peşmərgənin sayəsində ərazilərin 97 faizi İŞİD terrorçularından azad edilib”

İraq Kürdüstanının silahlı qüvvələri İŞİD terror təşkilatının işğalı altında olan Mosulun 60 faizini mühasirəyə alıb. Xatırladaq ki, Mosul İraqın böyüklüyünə görə ikinci şəhəridir. 

İslamazeri.az-ın xarici mediaya istinadən məlumatına görə, bəyanatda bildirilir ki, peşmərgə Mosulu şimal, qərb və şərq tərəfdən mühasirəyə alıb.

Bundan əlavə peşmərgə gücləri “İŞİD terror təşkilatının Rəqqa və Mosuldakı istinadgahlarını birləşdirən strateji xətt üzərindəki nəzarəti ələ alıblar”. Bəyanatda həmçinin bildirilir ki,  Mosul və Rəqqa arasındaki yol “ən mühüm nöqtə” sayılır və bu nöqtədə Mosulun azad edilməsi üçün İraq ordusu üçün zəruridir.

“İraq Kürdüstanında peşmərgənin sayəsində ərazilərin 97 faizi İŞİD terrorçularından azad edilib”, – deyə peşmərgə nazirliyinin əməkdaşlıq və xarici əlaqələr direktoru Həjar İsmayıl bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.