haberL haberR

İraq müqaviməti liderinin Yaxın Şərq barədə müsahibəsi

Kateqoriya: İslam Yayımlama tarixi: 28.09.2015 18:24:07

İraq müqavimətinin lideri seyid Haşim Heydəri yaxın şərq barədə olan fikirlərini müsahibəsində açıqlayıb

İslamazeri.az İranın “Mehr” xəbər agentliyinin suallarını cavablandıran Seyid Haşiminin müsahibəsini təqdim edir.

 

-ABŞ-ın bölgədə, xüsusən İraqda olan planları barədə müxtəlif söyləntilər var. Sizin bu barədə fikriniz nədir?

 

-Bu məsələ çox qarışıqdır. Seyid Nəsrullahın sözü ilə desək, bu döyüş var olma döyüşüdür və bölgədə baş verən ən mühüm savaşdır. Həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan. Hər cəbhənin özünə məxsus döyüş üsulları mövcuddur. Məsələn Suriyada bir növ, İraqda isə başqa növ savaş gedir. İraq kimi bəzi ölkələrdə bir neçə miqyasda döyüşlər aparılır. Mənim fikrimə görə ABŞ müxtəlif ərazi və zaman şəraitini nəzərə alaraq bir neçə metoddan istifadə edir. Məsələn ABŞ işğalçı kimi İraqa daxil olsalar da, İraq dövlətinin xoş üz göstərməsi onların taktikasını dəyişdi. ABŞ İraqdan qapıdan çıxıb bacadan daxil olmaq istədi. Elə bu zaman İŞİD mövzusu gündəmə gəldi. Ayətullah Xamenei və Seyid Nəsrullah İŞİD-in ABŞ-ın əli ilə idarə olunduğunu dəfələrlə dillərinə gətiriblər. Digər tərəfdən Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və İraq kürdləri də, İŞİD-in Mosula girməsinə şərait yaradanlardır. İŞİD-in planı bütün İraqa hücum etmək idi. Bildiyiniz kimi, Mosul şəhəri bir neçə saat ərzində ələ keçirildi. Xəyanətlər həddindən artıq çox baş verdi. Ayətullah Sistaninin fətvası, ondan öncə isə Qasim Süleymaninin ölkəyə daxil olması bir çox bölgələrimizi xüsusən Bağdadın qorunmasına imkan yaratdı. Mən dəfələrlə demişəm ki, hacı Qasim olmasaydı və müqavimət övladları öz vəzifələrinə layiqincə əməl etməsəydilər İŞİD Kərbəla və Nəcəfə də çatacaqdı. Ayətullah Sistaninin göstərişi ilə meydana daxil olanların da gözəl təsiri oldu. Biz əl-Ənbar və Ər-Rimadi də vuruşduğumuz zaman müxtəlif ölkələrdən əsirlər götürürdük. Bu onun göstəricisidir ki, biz bir qüvvə ilə deyil, bir neçə güc ilə qarşı qarşıyayıq. Fikrimə görə, ABŞ hazırda İraqda yeni mərhələyə başlayıb. Ayətullah Xameneinin dediyi kimi, bu mərhələ Amerikanın nüfuzu adlanır. Açıq deyirəm ki, İraqın yeni dövləti ABŞ-ın nüfuz etməsi üçün əlverişlidir. Keçmiş dövlətdə ehtimal daha az idi.

 

-ABŞ-ın İŞİD-lə bağlı planları nədir? Sizcə həqiqətən İŞİD-i aradan aparmaq niyyətindədirmi?

 

-Mənim fikrimə görə, İŞİD-in növbəti hədəfi İordaniyadır. Qrup üzvləri orda da islami xilafətlərini quracaqlar. Fikrimə görə, ikinci Abdullah qorxuya düşüb və buna görə İranla əlaqələrini gücləndirmək niyyətindədir. İŞİD-in bu ölkəyə nüfuz etməsi üçün lazımi şərait mövcuddur. İŞİD Suriyada edə bilmədiyini bu ölkədə etmək niyyətindədir.

  

-İraqın gələcəyinə kürdlərin nə kimi rolu ola bilər?

 

-Kürdlərin hazırda müstəqil dövlət yaratmaları imkansızdır. Bunu iki səbəbə əsasən deyirəm. Birincisi daxili ixtilaflar, ikinci isə bölgədə lazımı şəraitin olmamasıdır. Kürdistan müstəqil olarsa onun İraqa təsiri azalacaqdır və mənfi təsirləri artıq bitmiş olacaqdır. Hazırda kürdlərin dövlətdə bir neçə nümayəndələri var və öz təsirlərini qoya bilirlər. Beləliklə hazırda kürdlərin müstəqil olması ABŞ-ın da xeyrinə deyil. Digər tərəfdən İsrailin kürdlərə olan təsiri müstəqil olduqdan sonra azalacaq. Mən bu hadisəni yaxın zamanlarda baş verəcəyinə inanmıram. Başqa bir yöndən kürdlər bölünərsə iki hissəyə ayrılacaqlar; Bərzani və Tələbani. Bu məsələ kürdlərin və Bərzaninin xeyrinə deyil.

 

-Çox təəssüf ki, İraqda müxtəlif qrupların vəhdətsizliyinin şahidiyik. Sizin fikrinizə görə bunun İraqa nə kimi təsiri ola bilər?

 

-Mən düşünürəm və Quranda bunu təsdiqləyir ki, bir cəmiyyətdə çoxluq təşkil edən qüvvələr birləşməsələr, azlıq təşkil edən qüvvələr birləşəcəklər və bu onların çoxluq təşkil etməsinə gətirib çıxaracaqdır. İranda biz vəhdətin şahidiyik. Çünkü xalq bir rəhbər ətrafında toplaşıb. Bu İranın uğur qazanma sirridir. Ayətullah Xameneinin də bildirdiyi kimi, İranda siyasi ixtilaflar az deyil. Lakin buna baxmayaraq xalq birdir. İraqda mərcəiyyət daha çox məsələlərə nəzarət edir və yönləndirir. Mənim bildiyimə görə, Ayətullah Sistaninin fəqihin vilayəti mövzusuna çox bağlılığı var. İraqda sabitliyin yaranması şiələrin vəhdətinə bağlıdır. ABŞ ilk gündən bu vəhdəti pozmaq üçün çalışmışdır. Nuri Malikinin yenidən baş nazir olmama səbəbi, bəzi şiə koalisiyalarının narazıçılığına səbəb oldu. ABŞ bu yöndə iki növ addım atdı. Əvvəla Səddamın devrilmə ərəfələrində şiələrə təlqin etdi ki, sünnülər sizin düşməninizdir. Və həmçinin sünnülərə də. Digər tərəfdən şiə təşkilatlarını bir-biriləri ilə düşmən etməyə çalışdı. ABŞ-ın ilk gündən şiənin vəhdətini pozmaqda məqsədi məhz bu idi ki, şiənin vəhdəti onların planlarını alt-üst edəcək.

 

-İraqn gələcəyini necə dəyərləndirirsiniz? Sizcə İŞİD təhlükəsi nə vaxta qədər davam edəcək?

 

-Mənim fikrimə görə, Mosul, əl-Ənbar və ər-Rimadi təhlükəsi hələ də qalıb. Lakin Samirranı hələ ki, təhlükə gözləmir. Bu müqəddəs məkanları qorumaq bizim üçün çox çətindir. Könüllü briqadalar bu barədə çox əziyyət çəkir. Kərbəla və Nəcəf bizim qırmızı xətlərimizdir. Mosulun azad olub-olmaması barədə isə bunu deyə bilərəm ki, müqavimət rəhbərləri bu barədə çox əziyyət çəkirlər. Hazırda İraq torpaqlarını geri almaq çox çətin məsələdir. İraqın gələcəyini parlaq görürəm və İŞİD-in bölgədə öz nüfuzunu qoruya biləcəyinə inanmıram. Sünnü camaatı da bu fikirdədir.

 

-Son sözünüz nədir?

 

-Hər bir xalqın uğur qazanması Allahla əlaqəyə bağlıdır. Bu əlaqə isə iki növdür. Biri namaz kimi zahiri əlaqə, digəri isə həqiqi əlaqə. Bütün problemlərin həlli bu ayədə göstərilir: "Hər bir qövm öz taleyini dəyişmədikcə Allah onlarən talelərini dəyişməz". Biz anlamalıyıq ki, problemlərimizi həlli Allah və vəhdətə geri qayıtmağımızdan keçir. Xüsusən şiələr arasında olan vəhdət. Biz şəxsi mənafelərimizin ardıyca olarsaq zərər etmiş olarıq. Ayətullah Sistani kimi təqlid mərcələrinin İraqda olması ilə inanaq ki, bizim İran İslam Respublikası ilə əlaqələrimiz daha da güclənəcəkdir və bu əlaqə İraqın xeyrinə olacaqdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.