haberL haberR

İraq müqavimətinin rəhbəri düşmənin hədəfindən danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 21.01.2016 16:30:56

"Vilayəti fəqihinizin qədrini bilin, çünkü düşmənin hədəfi..."

İslamazeri.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, Seyid Haşim Heydəri imperialist qüvvələrin hədəfinin İran və fəqihin vilayətinə zərbə vurmaq olduğunu deyib: “Yəməndə gedən savaşın heç bir qanuni, siyasi ya insani cavabı yoxdur. Ali Səud belə düşünürdü ki, Yəmənə hücum 2 həftəyə nəticə verəcək. Lakin hazırda hücumdan 11 ay ötür və savaş hələ də davam etməkdədir. Bu savaş bütün dünya müsəlmanları üçün bir imtahan idi. Bu imtahanda hələ ki, başı uca olan İrandır. Ayətullah Xamenei və Seyid Həsən Nəsrullah Yəmən xalqını laiqincə dəstəklədilər. Yəmən xalqı çox güclü müdafiəyə sahibdir. Bu xalq bütün problemlərinə baxmayaraq Qüds günü küçələrə axışaraq ABŞ-a ölüm olsun şuarlarını səsləndirdilər. Bu xalqın Ali Səudun məhv olacağına inamı var. Vilayəti fəqihinizin qədrini bilin, çünkü düşmənin hədəfi onu gözdən salmaqdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.