haberL haberR

İraq ordusu əməliyyatları davam etdirir: 28 İŞİD terrorçusu öldürülüb

Kateqoriya: İslam Yayımlama tarixi: 24.12.2014 16:59:03 2294 dəfə oxunub.

İraq ordusunun anti-terror əməliyyatları uğurla davam edir

İslamazeri.az-ın "Sumeriya" telekanalına istinadən verdiyi məlumata əsasən, İraq ordusu bu gün Tiqritə 80 km məsafədə yerləşən Yəsrib məntəqəsinin terrorçuların əlində olan hissəsinə əməliyyat təşkil ediblər.

 Hərbi əməliyyat nəticəsində 28 terrorçu öldürülüb, çox sayda terrorçu yaralanıb. Əl-Buhaşmə və əl-Cəmiyə kəndlərinin nəzarəti yenidən ordunun əlinə keçib. 

 Qeyd edək ki, öldürülən terrorçuların arasında əbu Ducanə Haşmavi və Əhməd Yasin adlı xarici ölkədən gəlmiş İŞİD komandirləri də var.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.