İraq ordusu Ənbar vilayətində 40-dan artıq İŞİD terrorçusunu məhv edib
Kateqoriya: Dünya
Yayımlama tarixi: 12.03.2015 12:48:31
2680 dəfə oxunub.

İslamazeri.az-ın “İraqinews”-a istinadən verdiyi xəbərə görə, İraqın Ənbar vilayətinin Ramadi şəhərinə dünən hücum etməyə cəhd göstəriblər. Ənbar vilayəti nümayəndəsi Sabah Krhot bildirib ki, Ramadi şəhərinə hücum edən 17 kamikadze daxil olmaqla, ümumilikdə 41 İŞİD terrorçusu məhv edilib.
Krhot bildirib ki, İraq ordusu və yerli qəbilə nümayəndələri Ramadi şəhərinə tam nəzarət edir və terrorçuların bütün hücumlarına layiqincə cavab verməyə davam edir.
Qeyd edək ki, İŞİD terrorçuları 2014-cü ilin iyun ayından etibarən İraq ərazilərində Mosul şəhəri daxil olmaqla, bir neçə şəhəri işğal edib və digər şəhərlərə mütəmadi olaraq terrorçular hücum edirlər. Bu ilin mart ayının 3-dən başlayan əməliyyatlar nəticəsində Tikrit şəhəri İŞİD-dən azad edilib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.