haberL haberR

İraq ordusu ər-Rutba şəhərini İŞİD-dən tam azad edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 19.05.2016 16:35:45

İraq ordusu bildirib ki, Ənbar əyalətinin qərbində yerləşən ər-Rutba şəhəri İŞİD terror təşkilatının yaraqlılarından tam azad edilib

Bu barədə İslamazeri.az "Reuters"ə istinadən məlumat verir.

İraq ordusu mayın 17-si cənub tərəfində şəhərə daxil olaraq əl-İntisar rayonunu tutumuşdu.

“Birgə əməliyyatların komandanlığı əl-Rutba şəhərinin tam azad edilməsi haqda xəbər yayıb”, – deyə Reuters agentliyi bildirib.

Əməliyyatda xüsusi təyinatlı qoşunlar və polis iştirak edirdi.

İŞİD terrorçuları ər-Rutba şəhərini 2014-cü ildə işğal etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.