haberL haberR

İraq ordusu Fəllucənin cənubda İŞİD-in hücumunu dəf edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.05.2016 14:18:05

İraq təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatının yaraqlılarının Fəllucənin cənubunda yerləşən Naimiyyə rayonundakı hücumunu dəf edib, 75 terrorçu məhv edilib.

İslamazeri.az-ın "Al-Sumaria"-ya istinadən verdiyi xəbərə əsasən,  Fəllucənin azad edilməsi üzrə əməliyyata komandanlıq edən Əbdül Vəhhab əs-Saidi telekanala bildirib ki, İŞİD terrorçuları bu gün ciddi hücum cəhdi ediblər. Hücumda 100-dən çox yaraqlı iştirak edib. Terrorçular Fəllucənin mərkəzindən hərəkətə keçərək, şəhərdən cənubda yerləşən ən-Naimiyyə rayonunda yerləşən təhlükəsizlik qüvvələrinə hücum ediblər: “Bu güclər beynəlxalq aviasiya və İraq HHQ-in dəstəyi ilə hücumu dəf edə və 75 İŞİD terrorçusunu da məhv edə biliblər. Təhlükəsizlik gücləri hücumu dəf etdikdən sonra şəhərin mərkəzinə doğru irəliləməyə davam edirlər.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.