haberL haberR

İraq ordusu Fəllucəyə daxil oldu; mərkəzdə döyüşlər gedir - Video

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 30.05.2016 18:33:31

İraqın Fəllucə şəhərinin İŞİD-dən təmizləmə əməliyyatı davam edir

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, İraq qüvvələri əl-Ənbarda yerləşən Səqlaviyyə bölgəsini terorçulardan təmizləyərək, ölkə bayrağını sancıblar.

Hadisə bu gün səhər saatlarında, İraqın könüllü xalq dəstələrinin (Həşdəş-şəbi) dəstəyi ilə keçirilib.  Səqlaviyyədən əlavə əş-Şihə kəndi də terorçulardan təmizlənib.

Hazırda qüvvələr Səqlaviyyədən Fəllucəyə tərəf irəlləməkdədirlər. Fəllucədə hazırda 600 terrorçunun qaldığı bildirilir. Yüzlərlə Fəllucənin dinc sakini təhlükəsiz yerlərə evakuasiya edilib. Bundan əlavə İraq ordusu İŞİD üzvlərinə əl-Məzrəə bölgəsində də qəfildən hücum ediblər. Hazırda döyüşlərin Fəllucənin mərkəzində getdiyi bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.