haberL haberR

İraq ordusu İŞİD caynağından daha 3 kəndi azad edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.05.2016 13:01:08

İraq ordusunun İŞİD-ə qarşı anti-terror əməliyyatları daam edir

İslamazeri.az “Əl Forat”a istinadən xəbər verir ki, İraq ordusu əl-Ənbar əyalətində İŞİD terror qruplaşmasının işğalından daha 3 kəndi azad edib.

İraq müdafiə nazirliyindən bildiriblər ki, Veyniç, Harun əl-Baraziyə və əl-Əmiriyyə yaşayış məntəqələrinin azad edilməsi üzrə əməliyyat zamanı terrorçular çoxlu itkilər veriblər.

Anti-terror əməliyyatlarının komandanı general Əli İbrahim qeyd edib ki, ordu, terrorçuları adı çəkilən kəndlərdən polis və yerli tayfaların dəstəyi ilə çıxardıb.

Onun sözlərinə görə, əməliyyat zamanı mina ilə doldurulmuş 4 avtomobil və motosiklet və 11 terrorçu məhv edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.