haberL haberR

İraq ordusu Tikrit hökumət binasının yerləşdiyi mərkəzi İŞİD-dən təmizlədi

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.03.2015 15:18:47

İraq ordusu İŞİD-i məhv etməyə davam edir

İslamazeri.az-ın "Press Tv"-yə istinadən verdiyi məlumata görə, bu gün İraq ordusu Tikrit hökumət binasının yerləşdiyi mərkəzi İŞİD terrorçularından tamamilə təmizləyib. 

Qeyd edək ki, məlumatı anonimliyinin saxlanılmasını istəyən ordu generallarından biri verib. Mənbənin verdiyi digər məlumatlara görə, hücumlar zamanı Səlahud-din bölgəsinin bələdiyyə şurasının üzvlərindən olan Xalid Xərzəci terrorçu snayperlər tərəfindən qətlə yetirilib. Həmçinin Tikritdə baş verən partlayışlar zamanı 9 nəfər ölüb, 3 nəfər yaralıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.