haberL haberR

İraq ordusundan İŞİD-ə qarşı çox uğurlu əməliyyat: 40 terrorçu öldürüldü

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.12.2015 10:05:35

İraq hərbi aviasiyasının keçirdiyi əməliyyat zamanı onlarla terrorçu öldürüldü

İslamazeri.az-ın “ria.ru”-ya istinadən verdiyi xəbərə görə, İraq Hərbi Hava Qüvvələri ötən gün İŞİD terrorçularının Səlahddin vilayətinin Samirra şəhəri ərazisində terrorçulara avia zərbələr endirib. İŞİD terrorçularının düşərgəsinə endirilən avizərbələr nəticəsində terror təşkilatının kimyavi silah üzrə mütəxəsisi olan 15 fransız öldürülüb.

Bundan əlavə terrorçuların digər düşrəgəsinə endirilən aviazərbə nəticəsində İŞİD terrorçularının liderlərindən olan Ömər Şakir və onunla bərabər olan 10 terrorçu öldürülüb. Ümumilikdə aviazərbələr nəticəsində 40-dan artıq terrorçu məhv edilib.  İraq aviasiyasının aviazərbələri nəticəsində terrorçulara məxsus 4 partlayıcı ilə dolu olan avtomobil zərərsizləşdirilib.

Diyalə polis idarəsinin verdiyi bir məlumatda bildirilir ki, keçirilən xüsisi əməliyyat nəticəsində Bakubə şəhərinin şimal şərq istiqamətində yerləşən İŞİD terrorçularının  təlim düşərgəsi aşkar edilərək məhv edilib. Əməliyyat nəticəsində külli miqdarda partlayıcı maddə müsadirə edilib.

İraq ordusu və “Həşd Şabi” könüllü briqadalarının İraq ərazisində anti-terror əməliyyatlarını uğurla davam etdirir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.