haberL haberR

İraq ordusunun İŞİD-ə qarşı Fəllucə əməliyyatı davam edir: Son xəbər

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 24.05.2016 9:18:21

İraq ordusunun Əl-Ənbar əyalətinin Fəllucə şəhərinin azad edilməsi istiqamətində anti-terror əməliyyatı uğurla davam edir

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, 20 min əsgər və könüllünün qatıldığı Fəllucə əməliyyatı uğurla davam edir. İŞİD-in işğalında olan bir neçə qəsəbə, o cümlədən Fəllucə şəhərinin xəstəxanası və ətraf küçələr terrorçulardan təmizlənib.

Digər məlumata görə, İraq ordusu  sement zavodu, Şitayker fabriki, depolar, o cümlədən Cisr Ət-Tayfa adlı körpüsü və Fəllucənin şərqindən 13 km aralı olan Kərma (Garma) şəhərinin yaxınlığındakı böyük əraziləri  İŞİD-dən təmizləyib.

Qeyd edək ki, bəzi Türk mediası İraq ordusunun anti-terror əməliyyatlarını "mülkü vətəndaşların öldürülməsi" kimi yayımlayaraq  İŞİD işğalında olan ərazilərdən necə məlumat əldə etdiklərini açıqlamayıblar. 

Xatırladaq ki, İraq ordusu hava şarları vasitəsilə mülkü vətəndaşların Fəllucədən çıxması üçün xəbərdarlıq vərəqləri yaymışdı.

İraq ordusunun İŞİD-ə qarşı Fəllucə əməliyyatı davam edir: Son xəbər

/haberimaj/habergaleri/4S1E3N4P3A0E.JPG
  1. İraq ordusunun İŞİD-ə qarşı Fəllucə əməliyyatı davam edir: Son xəbər

  2. İraq ordusunun İŞİD-ə qarşı Fəllucə əməliyyatı davam edir: Son xəbər

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.