haberL haberR

İraq paytaxtında terror aktı: Ölən və yaralananlar var

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 31.08.2016 18:03:25

Çərşənbə axşamı günü axşam saatlarında əl-Ələm, əd-Dəraviş, əş-Şab, əl-Mədain və paytaxtın Sədr-Siti ətrafında ümumilikdə 11 iraqlı həyatını itirib, 30-dan çox insan isə yaralanıb.

İslamazeri.az-ın "ParsToday"-ə istinadən verdiyi xəbərə əsasən, bu gün İraqın paytaxtı Bağdad şəhərində bombanın partlaması nəticəsində 1 dinc sakin həyatını itirib, daha 7 nəfər yaralanıb.

Çərşənbə axşamı günü axşam saatlarında əl-Ələm, əd-Dəraviş, əş-Şab, əl-Mədain və paytaxtın Sədr-Siti ətrafında ümumilikdə 11 iraqlı həyatını itirib, 30-dan çox insan isə yaralanıb.

Digər məlumatda deyilir ki, İraq təhlükəsizlik qüvvələri müqəddəs Kazımeyn şəhərində zəvvarlara qarşı planlaşdırılmış terror aktının qarşısını alıblar. Həmçinin Bağdadın şərqində daha bir terror aktının qarşısı da alınıb, terrorçu qrup məhv edilib.

"İraq Hizbullahı"nın baş katibi ABŞ-ın İraqa terrorizmlə mübarizə adı altında endirdiyi zərbələri pisləyərək deyib ki: "ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının hücumları yalnız ləğv edilmiş BƏƏS partiyası və Nəqşibəndi ordeni kimi anti-iraq qruplaşmalarına sərf edir."

Əkrəm əl-Kaabi əlavə edib ki: "ABŞ İraqdakı öz hərbi mövcudluğunun əvvəlindən İraq xalqı üçün müsbət rol oynamayıb."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.