haberL haberR

İraq səhiyyə nazirliyi: Bağdad terrorunun qurbanı 281 nəfər olub

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 08.07.2016 11:55:29

“Əl-Hədas” telekanalı nazirliyinin bəyanatına istinadən bildirib.

İslamazeri.az xəbər verir ki, İraq səhiyyə nazirliyinin dəqiqləşdirilmiş məlumatına əsasən iyul ayının 3-ü ölkə paytaxtı Bağdad şəhərində baş vermiş partlayış nəticəsində 281 nəfər dünyasını dəyişib. “Əl-Hədas” telekanalı nazirliyinin bəyanatına istinadən bildirib.

Xatırladaq ki, partlayıcı ilə dolu avtomobil iyun ayının 3-ü şəhərin mərkəzində yerləşən əl-Kərrada rayonunda partlayıb. Hadisə baş verən ərazidə çox sayda restoran və ticarət mərkəzləri yerləşir. Partlayış o qədər güclü olub ki, partlayışın ardı ilə bir sıra binalarda yanğına səbəb olub. Hadisənin məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.