haberL haberR

İraq yezidiləri: İŞİD 1400 kamikadze-uşaq hazırlayıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 03.08.2016 15:47:58

3770 nəfər yezidi kürdü hələ də İŞİD əsirliyindədir.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, oğurlanmış yezidilərin işləri üzrə idarənin məmuru Hüseyn Qaidi bildirib ki, İŞİD terror təşkilatının yaraqlıları terror aktlarının törədilməsi üçün 1400 yezidi uşaqlardan "canlı bombalar" hazırlayıblar:

“Son iki il ərzində biz 2640 oğurlanmış yezidini İŞİD əsarətindən xilas etməyə müvəffəq olmuşuq. Bununla belə 3770 nəfər hələ də əsirlikdədir”, - deyə Qaidi İŞİD-in Sincar regionunu tutmasının 2-ci ili münasibəti ilə təşkil olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə İŞİD tərəfindən öldürülmüş yezidilərin 33 kütləvi məzarlığı aşkarlanıb:

“İŞİD öz bazalarında 1400-dən çox yezidi uşağa terror aktlarının həyata keçirilməsi üçün təlim keçir”, - deyə Qaidi bildirib. Və əlavə edib ki, terror aktlarında İŞİD onlardan kamikadze kimi də istifadə etmək niyyətindədir.

Xatırladaq ki, İraqın Sincar şəhəri (kürdcə Şenqal) və ona bitişik ərazidə əsasən yezidi-kürdlər yaşayırlar. Şəhər 2014-cü ilin avqust ayında İŞİD terrorçuları tərəfindən tutulub. Minlərlə yezidi öldürülüb, 5-7 min yezidi qadın əsir düşüb. 2015-ci ilin dekabr ayında kürd qüvvələri Sincarı öz nəzarəti altına geri qaytara bilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.