haberL haberR

İraqda 14 yaşlı kamikadze saxlanılıb; terrorun qarşısı alınıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 22.08.2016 16:30:47

Polislər bazar günü axşam saatlarında Tisin kvartalında terrorçu-kamikdzeni tutublar.
İslamazeri.az-ın "Al Sumaria" telekanalına istinadən verdiyi xəbərə əsasən, hüquq mühafizə orqanlarındakı mənbədən bildiriblər ki, İraqın şimalında yerləşən Kərkük şəhərində polis terrorçu-kamikadzeyə terror aktını törətməyə imkan verməyərək onu tutub.
 
Saxlanılanın 14 yaşı var.
 
"O ticarət yeri hesab edilən və inzibati binaların yerləşdiyi rayonda (ərazidə) dinc sakinlərə hücum etməyi planlaşdırırdı.", - deyə mənbədən bildiriblər və əlavə ediblər ki, polislər gəncin üzərindəki "canlı-bomba" kəmərini zərərsizləşdiriblər.
 
Kanal qeyd edib ki, bundan biz az əvvəl (bir müddət əvvəl) digər bir kamikdze Kərkükdə şiə məscidinə hücum etmiş və nəticədə 4 nəfər yaralanmışdı.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.