haberL haberR

İraqda 3 mindən çox İŞİD silahlısı məhv edilib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 16.05.2016 17:31:00

İraq polisi və xüsusi xidmət orqanları ölkədə cari ilin əvvəlindən 3452-dən çox terrorçunu məhv edib

İslamAzeri.az “ParsToday” saytına istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyi ölkədə 3 mindən çox İŞİD yaraqlısının öldürüldüyünü bildirib.

“Əs-Suməriyə” yazır ki, İraq polisi və xüsusi xidmət orqanları ölkədə cari ilin əvvəlindən 3452-dən çox terrorçunu məhv edib.

2016-cı ildə İraq təhlükəsizlik qüvvələri həmçinin 283 tikili və yaşayış binasını onlarda yerləşdirilmiş bombalardan təmizləyib, İŞİD terror təşkilatının bazasını dağıdıb.

Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ilin iyun ayında bəri İraqın bəzi hissələrini işğal etmişdi.

İraq qüvvələri, İraq silahlı qüvvələrinin birləşmiş qərargahının komandanlığı altında ölkənin qərbində yerləşən əl-Ənbar əyalətinin böyük hissəsini və ölkənin şimalında yerləşən Neynəva əyalətinin bəzi rayonlarını terror təşkilatının işğalından azad edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.