haberL haberR

İraqda 7 "əl-Qaidə" terrorçusu asılaraq edam edilib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 01.09.2016 11:08:04

Maraqlıdır ki, asılanlar arasında bir nəfər də olsun iraqlı olmayıb.

İslamazeri.az "almasdarnews"-a istinadən verdiyi xəbərə əsasən, ötən gün səhər saatlarında İraqın Di Kar əyalətinin Nasiriyyə şəhərinin həbsxanasında "Əl-Qaidə" terror təşkilatının 7 üzvü edam edilib. Maraqlıdır ki, asılanlar arasında bir nəfər də olsun iraqlı olmayıb. Onlar Misir, Suriya, Sudan, İordaniya, Fələstin, Liviya və Tunis vətəndaşları olublar.

Bildirilir ki, terrorçular 4 il öncə həbs edilmişdilər, lakin hadisənin digər təfərrüatları haqqında xəbər verilməyib.

Həmçinin məlumatlar var ki, Nasiriyyə həbsxanasında Yəmən, Səudiyyə Ərəbistanı və Əlcəzair də daxil olmaqla, bir çox ərəb ölkələrindən olan təxminən daha 60 terrorçu saxlanılır,

Bununla əlaqəli olaraq xatırlatmaq lazımdır ki, iyul ayının 23-ü İraq baş naziri Heydər əl-Əbadi tərəfindən komissiya formalaşdırılmışdı. Komissiyanın məqsədlərindən biri edam hökmlərinin icra edilməsindəki ləngimələrin səbəblərini müəyyən etməkdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.