haberL haberR

İraqda avqust ayı ərzində terror aktları nəticəsində 700-ə qədər adam həyatını itirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 15:13:31

Terror aktlarından ən çox zərər görən şəhər Bağdaddır.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, BMT-in İraqla İş üzrə Missiyasının (UNAMI) bəyanatında deyilir ki, 2016-cı ilin avqust ayında zorakılıq və terrorizm aktları nəticəsində İraqda təxminən 700 nəfər həyatını itirib, mindən çox insan isə yaralanıb.

"İraqda 2016-cı ilin avqust ayında zorakılıq, terrorizm aktları və silahlı münaqişə nəticəsində ümumilikdə 691 iraqlı öldürülüb, 1016 nəfər yaralanıb.", - deyə missiyanın rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Missiya hesabatında deyilir ki, ən çox insan Bağdadda zərər görüb: 231 nəfər həyatını itirib, 676 nəfər isə yaralanıb.

BMT baş katibinin İraqdakı təmsilçisi Yan Kubiş tərəfləri İraqdakı dinc əhalini müdafiə etmək üçün bütün mümkün səyləri atmağa səsləyib və ümumiyyətlə, iraqlılara bu "rəhmsiz zorakılığın" qarşısında birləşməyi təklif edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.