haberL haberR

İraqda baş vermiş partlayışı İŞİD üzərinə götürüb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.07.2016 21:10:38

İraqda baş vermiş terror aktını İŞİD terror qruplaşması öz üzərinə götürüb

İslamazeri.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror qruplaşması  İraq paytaxtından şimal-şərqdə partlayıcı ilə dolu avtomobilin partladılmasının məsuliyyətini öz üzərinə götürüb.

Daha əvvəl bildirilib ki, partlayış bazar ertəsi günü Xalis şəhəri yaxınlığında yerləşən nəzarət-keçid məntəqəsində, Bağdaddan 80 kilometr uzaqlıqda. Partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. Polis nümayəndəsinin sözlərinə görə, partlayış, çoxlu sayda avtomobil şəhərə girmək üçün sırada gözləyən zaman baş verib.

Agentlik qeyd edir ki, son məlumatlara əsasən, terror aktından 16 nəfər həyatını itirib, ölənlər arasında qadınlar və uşaqlar da var. Məlumata görə, 30- dan çox yaralı qeydiyyata alınıb. Terrorçular ilə əlaqəli Amaq xəbər agentliyi bildirir ki, hücum Xalis şəhərində olan İraq qoşunlarına qarşı yönəldilmişdi. Daha əvvəl polisdən olan mənbədən bildiriblər ki, bir çox maşında, həmçinin içərisində qadın və uşaqlarında olmuş olduğu mikroavtobusda hələ də yanmış cəsədlər qalmaqdadır. Həmçinin tibb işçiləri bildiriblər ki, həyatını itirənlərin sayı arta bilər, belə ki, bir çox yaralının vəziyyəti kritikdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.