haberL haberR

İraqda ədliyyə nazirinin müavinini qaçırdılar

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.09.2015 14:58:49

Silahlı şəxslər Ədliyyə Nazirliyinə hücum ediblər

İslamazeri.az "Telegraph" qəzetinə istinadən xəbər verir ki, dünən bir qrup silahlı şəxs Bağdadın şimalında yerləşən Binok ərazisində İraq ədliyyə nazirinin müavini Əbdülkərim Farisi qaçırıb.

Silahlı şəxslər onun sürücüsünə atəş açaraq yaralayıblar. Hadisə şahidi olan polis əməkdaşlarından birinin sözlərinə əsasən, silahlı şəxslər qara geyimdə olublar.
Xatırladaq ki, sentyabrın 1-də Bağdadda "Nurol Holding" şirkətinin əməkdaşı olan 18 türkiyəli fəhlə və mühəndis hərbi formada olan maskalı şəxslər tərəfindən qaçırılmışdı. Onlar haqqında hələ də məlumat yoxdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.