haberL haberR

İraqda İŞİD-ə məxsus avtomobil karvanı məhv edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.01.2015 11:30:13 4038 dəfə oxunub.

Kərkükə növbəti dəfə hücuma hazırlaşan İŞİD terrorçularının avtomoil karvanı məhv edilib

İslamazeri.az-ın “Rudaw”-a istinadən verdiyi xəbərə görə, ötən gecə İŞİD terrorçuları növbəti dəfə Kərkük şəhəri istiqamətində hücum etməyə cəhd göstəriblər. Kərkuk Mühafizə Qüvvələrinin rəhbəri Fərhad Hama Əli bu barədə açıqlama verib. O bildirib ki, ötən gecə İŞİD-ə məxsus avtomobil karvanı Təl əl-Vərd və Nəhravan istiqamətində hücuma keçməyə cəhd ediblər. Lakin 20 avtomobildən ibarət olan İŞİD-ə məxsus karvan Koalisiya qüvvələrinin hava zərbələri nəticəsində məhv ediliblər. Nəticədə ən azı 25 İŞİD terrorçusu məhv edilib.

Qeyd edək ki, bir neçə gün öncə İŞİD terrorçuları Təl əl-Vərd, Məktəb Halid , Molla Abudllah və Məryəmbağı məntəqələrini öz nəzarətinə keçirsələr də, sonradan yerli özünümüdafiə dəstələri və Peşmərgə qüvvələri terrorçuları məntəqələrdən təmizləyiblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.