haberL haberR

İraqda İŞİD-in hərbi bazaya etdiyi hücum dəf edilib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 02.09.2016 16:15:35

Hadisə Səlahəddin əyalətində baş verib.

İslamazeri.az-ın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu gün İraq ordusu bildirib ki, ölkənin şimalında İŞİD terror təşkilatı silahlılarının hücumunu dəf edib, 9 güc strukturu əməkdaşı həyatını itirib, daha 24-ü isə yaralanıb.

Terrorçular səhər saatlarında Səlahəddin əyalətindəki hərbi baza kazarmasına hücum cəhdi ediblər. Güc strukturları əməkdaşları hücumun qarşısını alıblar. Terrorçular arasında itkilərin olub-olmaması haqda xəbər verilmir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.