haberL haberR

İraqda kürdlər koalisiyanın dəstəyi ilə İŞİD-ə qarşı əməliyyata başlayıblar

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.05.2016 16:08:24

“Könüllü dəstələr Bəşik dağının yaxınlığındakı kəndə (Neynəva əyaləti, İraqın şimalı) hücuma başlayıblar və onlar kəndi azad etməyə müvəffəq olublar”

İslamAzeri.az-ın rus mediasına istinadən xəbərinə görə, Kürdüstan vətənpərvər ittifaqının media mərkəzindən bildiriblər ki, kürd qoşunları beynəlxalq koalisiyanın aviasiyası ilə birgə İraqın şimalında İŞİD terrorçularına qarşı əməliyyata başlayıb.

“Könüllü dəstələr Bəşik dağının yaxınlığındakı kəndə (Neynəva əyaləti, İraqın şimalı) hücuma başlayıblar və onlar kəndi azad etməyə müvəffəq olublar”, – deyə KVİ-ın siyası bürosunun rəsmi nümayəndəsi Reyaz Surçi bildirib. Onun sözlərinə görə, beynəlxalq koalisiyanın aviasiyası onlara mühüm yardım ediblər. Könüllülər döyüşlərdə itki verməyiblər.

Neynəva əyaləti İraqın şimalında yerləşir. Demək olar ki, bütövlüklə İŞİD terrorçuları tərəfindən işğal edilib. Neynəva əyaləti şərqdə İraq Kürdüstanı ilə həmsərhəddir. İraq Kürdüstanının silahlı qüvvələri və kürd könüllü dəstələri İŞİD-ə qarşı gərgin döyüşlər aparır. Sözügedən partiya İraq Kürdüstanının əsas partiyalarından biridir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.