haberL haberR

İraqda partlayış: ölənlər və yaralananlar var

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.07.2016 14:53:38

Bağdadın şimal-şərqində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində 14 nəfər həyatını itirib və 30-dan çox insan yaralanıb

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış Xalis şəhərində, Bağdaddan 80 kilometr uzaqlıda baş verib. Partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb.

Yerli tibb işçiləri bildiriblər ki, həyatını itirənlərin sayı arta bilər.

Hələ ki, regionda fəaliyyət göstərən heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.