haberL haberR

İraqda Şeyx Nimrin edamına Səudiyyəyə etiraz aksiyalarına start verildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.01.2016 16:32:05

İraqda Şeyx Nimrin edam edilməsinə etiraz olaraq aksiya keçirilib

İslamazeri.az-ın “Sumariya” saytına istinadən verdiyi xəbərə əsasən, “Sədr” hərəkatının yüzlərlə tərəfdarı Bağdadda Səud rejiminə etiraz olaraq küçələrə axışıblar.

Paytaxt Bağdadın bir neçə bölgəsində qeydə alınan etiraz aksiyalarında iştirak edənlər ölkədə olan Səud səfirliyinin bağlanması və səfirin ölkədən qovulmasını tələb ediblər.

Səfirliyin binasına daxil olmaq istəyən etirazçılara polis mane olub.

Qeyd edək ki, “Sədr” hərəkatının lideri Müqtəda Sədr, xalqı Şeyx Nimrin edamına etiraz etməyə çağırmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.