haberL haberR

İraqda silsilə partlayışlar: çoxlu sayda ölü və yaralı var

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 30.05.2016 14:54:16

Həmçinin şiələri yaşadığı Mədinət-əs-Sədr rayonunda da partlayış baş verib

İslamAzeri.az-ın "Rua Novosti"yə mediasına istinadən verdiyi xəbərə əsasən, Bağdad rayonunda və şəhəri yaxınlığında bu gün daha iki partlayıcı qurğu işə düşüb. Silsilə partlayışlar nəticəsində ölənlərin sayı 20-ni keçib, 50 nəfər yaralanıb.

Daha öncə xəbər verilmişdi ki, partlayıcı ilə doldurulmuş avtomobil Bağdadın şiə rayonunda partlayıb. Son məlumatlara əsasən 12 nəfər partlayışın qurbanı olub, 20 nəfər isə xəsarət alıb.

İraq paytaxtından şimalda yerləşən Tərmiyə şəhərində mina ilə doldurulmuş avomobilin partlaması nəticəsində 7 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb. Həmçinin şiələri yaşadığı Mədinət-əs-Sədr rayonunda da partlayış baş verib. Nəticədə 2 nəfər dünyasını dəyişib, 7 nəfər isə yaralanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.