haberL haberR

İraqda terror aktlarıyla bağlı yüksək rütbəli zabit həbs olunub

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 18.05.2016 14:22:13

İraqın baş-naziri Bağdaddaki terror aktlarından sonra təhlükəsizlik və kəşfiyyat sistemində dəyişikliklər edib

İslamazeri.az-ın "Parstoday"a  istinadən verdiyi xəbərə görə,  İraqın baş naziri Heydər əl-Abadi, terror qruplaşmalarının tapılaraq aşkar edilməsinə dair gücləri fəallaşdırmağa səsləyib.

Heydər əl-Abadi bu haqda deyib: "İraq siyasi qrupları və gücləri öz aralarındaki fikir ayrılıqlarını geridə qoyaraq, güclərini dövlət müəssisələrinin öz işlərini lazımi şəkildə həyata keçirə bilmələri üçün sərf etməlidir.”

İraq baş-naziri İraqın əş-Şaab və Sədr rayonlarında dünən baş verən terror aktlarından sonra, əş-Şaab rayonunun təhlükəsizliyinə məsul olan zabitin  həbs edilməsinə dair əmr verib. Xatırladaq ki, dünən İraqın paytaxtının müxtəlif yerlərində baş verən bir neçə partlayış nəticəsində təxminən 75 nəfər həyatını itirib, və 110-dan çox insan isə yaralanıb.

BMT-in İraq üzrə xüsusi-elçisi Yan Kubiş həmçinin, baş vermiş məlum terror aktlarından sonra partlayışları pisləyərək, əlavə edib ki, terrorçular İraqda zorakılığın yeni mərhələsinə qədəm qoyublar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.