haberL haberR

İraqda terrorçulara qarşı növbəti əməliyyatlar başladı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 13.10.2015 16:41:22

Səlahəddin vilayətində anti-terror əməliyyatlarının ikinci mərhələsi başladı

İslamazeri.az-ın İraq mətbuatına istindən verdiyi xəbərə görə, İraqın baş naziri Heydər əl-Əbadi bəyan edib ki, İraqın Səlahəddin vilayətini İŞİD terrorçularından təmizləmək üçün anti-terror əməliyyatlarının ikinci mərhələsinə başlanılıb.

İraq baş naziri Səlahəddin şəhərində hərbçilərlə görüşü zamanı bildirib ki, Səlahəddin vilayətinin Bəyci məntəqəsi və neft emalı zonasının terrorçulardan tam azad edilməsi, ümumilikdə Mosul şəhərinin terrorçulardan təmizlənməsi üçün mühüm starteji obyektdir. Nazir çıxışı zamanı bunları qeyd edib : "Səlahəddin vilayətinin tamamıilə azad edilməsi üçün var gücümüzlə döyüşmək niyyətindəyik. Keçmiş dövürlərdə mühüm qələbələrin şahidi olduq və bunu davam etdirib yekunlaşdıracağıq. İŞİD terror qrupları tənəzzül etməyə başlayıb. Terrorçuların əraziləri öz nəzarətlərində saxlamağa artıq gücləri çatmır və dəstəkləri tükənib".

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.