haberL haberR

İraqdan şad xəbər: Tikrit terrorçulardan azad edildi, hədəf MOSUL (Foto-Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.03.2015 21:08:48 14848 dəfə oxunub.

İraqın Tikrit şəhərinin qubernatoru və Qasim Süleymani Tikritin mərkəzindədir

İraqlı mənbələrin islamazeri.az-a verdiyi məlumata görə, axşama doğru saatlarda Tikrit şəhəri tamamilə terrorçulardan azad edilib. Küçələr vəhhabi terrorçuların cəsədləri ilə doludur. Hələ ki, şəhərə jurnalistlər və başqa şəxslər buraxılmır.

Şəhər ordunun nəzarəti altındadır və yerli sakinlər ancaq şəhərə buraxılır. 

Dağıntıların təmizlənməsi prosesinə başladılıb.

Hazırda Qüds biraqadalarının komandiri Qasim Süleymani və Tikritin qubernatoru şəhərin mərkəzindədir. Qasim Süleymaninin planına əsasən hədəf İŞİD-in əsarəti altında olan Mosul şəhəridir.

Yaxın saatlarda Tikritin azad edilməsi barədə mətbuata rəsmi açıqlama veriləcək. 

Qeyd edək ki, hazırda məhəllələrdə gizlənmiş İŞİD terrorçularına qarşı əməliyyat keçirilir.

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.