haberL haberR

İraqın baş naziri Sədr tərəfdarlarına: Aksiyalara silahlı gələnlər terrorçu kimi...

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 19.07.2016 11:35:23

İraq hakimiyyəti ilə “Sədr” hərəkatı arasında siyasi infilikt pik həddə çatmaq üzrədir

İslamazeri.az-ın “Al Quds”-a istinadən verdiyi xəbərə əsasən, ölkədə baş verən siyasi islahat mövzusunda Heydər əl-İbadi və Müqtəda Sədr arasında fikir ayrılıqları ciddi narahatçılığa səbəb olub.

Dəfələrlə bu mövzuya etiraz edən “Sədr” hərəkatı, yenidən etiraz aksiyası keçirməyə hazırlaşır.

Ölkə baş naziri Heydər əl-İbadi öz növbəsində, etiraz aksiyasında silah daşıyanlara xəbərdarlıq edərək, onlarla terrorçu kimi davranacaqlarını dilə gətirib.

Əl-İbadi bunun üçün xüsusi qrup hazırladığını vurğulayıb.

Politoloqlar iki qüvvə arasında olan ixtilafın, silahlı qarşıdurmaya səbəb olması ehtimalını istisna etmirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.