haberL haberR

İraqın xarici işlər naziri general Süleymani və Seyid Nəsrullahdan danışdı

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 12.06.2016 13:30:39

İraqın xarici işlər naziri İbrahim Cəfəri terrorla mübarizədə İran, Suriya və Rusiyanın təcrübələrindən istifadənin zəruriliyini bildirib.

İslamazeri.az-ın “Al Mayadeen”-ə istinadən verdiyi xəbərə əsasən, bu barədə müsahibə verən İbrahim Cəfəri, İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri general Qasim Süleymaninin bu barədə gözəl məsləhətçi olduğunu dilə gətirərək bildirib: “O gözəl sərkərdə olaraq həm də, güvənilir məsləhətçidir. Ərəb və qeyri ərəblərdən buna şəkk edən yoxdur.”

“Fəllucədə gedən savaşlar Mosulda gedən döyüşlərdən ayrı deyil. İŞİD-lə mübarizəyə fasilə vermək olmaz. Biz “Hizbullah” lideri Seyid Həsən Nəsrullahı da bu barədə dəstəkləməkdən əl çəkməyəcəyik.”, - deyə Cəfəri sözlərinin davamında qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.