haberL haberR

İraqlı hərbçilər Ramadi yaxınlığında yerləşən rayonu İŞİD-dən azad etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 01.08.2016 13:54:59

“Hərbçilər Xaldiyyənin İŞİD-dən azad edilməsini tam şəkildə bitiriblər.”

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraq hərbçiləri Ramadi şəhərinin (2015-ci ilin sonunda azad edilib) yaxınlığında yerləşən Xaldiyyə rayonunu İŞİD terror qruplaşmasından azad edib.

Rayon Ənbar əyalətində, Rəmadidən 23 kilometr uzaqlıqda yerləşir. Ərəbcə oranı “ada” adlandırırlar. Çünki ora 3 tərəfdən Fərat çayının suları ilə əhatələnib.
Rayonda döyüşlər 2015-ci ilin yazından davam edirdi, İŞİD-ə qarşı həlledici hücum isə ordu tərəfindən şənbə günü başlayıb.
“Hərbçilər Xaldiyyənin İŞİD-dən azad edilməsini tam şəkildə bitiriblər.”, - deyə Ənbar əyalət şurasının başçısı Sabah Kərhut bildirib.
Onun sözlərinə görə, güc strukturları əməkdaşları rayonun bütün hissələrindəki vəziyyəti nəzarət altında saxlayırlar.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.