haberL haberR

İraqlı ruhanilər Səudiyyə ilə əlaqələrin kəsilməsini istəyir...

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 10.01.2016 21:17:42

Kufə xətibi də Ərəbistanla diplomatik əlaqələrin kəsilməsinin tələb edib

İslamazeri.az-ın “Al Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Seyid Mihənd Musəvi Kufə məscidində etdiyi cümə xütbəsində Səudiyyə Ərəbistanını tənqid edib.

O İraq hökümətini terrora dəstək verən ölkələrlə əlaqələrini kəsməyə çağırıb: “İraq dövlətindən terrora dəstək verən ölkələrlə, o cümlədən Ərəbistanla öz diplomatik əlaqələrinə son qoysun".

Səud rejiminin edam etdiyi İslam alimilə bağlı rsmi Bağdadın açıq mövqe sərgiləməli olduğunu bildirən İmam cümə "İraq, Şeyx Nimrin edamına mövqe bildirməli və Ərəbistan mallarını baykot etməlidir. Onlar mallarının satışında milyardlarla pul əldə edirlər. Bu pulla isə İŞİD-ə dəstək verirlər". deyə bildirib.

 Seyid Mihənd Musəvi daha sonra deyib: "Dövlət ölkədə fabriklərimizin istehsalatını  gücləndirməlidir. Cavanlarımızı öldürən, torpaqlarımızı viran qoyan cinayətkarlar və qatillərin ətəyindən əl çəkməyin vaxtıdır. ABŞ və Sionist rejimi bu torpaqları tikə tikə etmək üçün planlar cızır. Şeyx Nimrin edamı və Nigeriya şeyxi Zəkzakiyə hücum da bu plana qulluq edirdi.”

Qeyd edək ki, son günlər İraqın bir çox nüfuzlu ruhaniləri rəsmi Bağdadı İraqla əlaqələri dondurmağa çağırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.