haberL haberR

İraqlı təqlid mərcəsi: İŞİD-lə mübarizəni biz üzərimizə götürməliyik

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 30.07.2016 15:32:49

İraqın təqlid mərcəsi, İraq, Suriya və Yəməndə baş verən cinayətləri məhkum edib

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, dünyada müsəlmanlar əleyhinə baş berən cinayətlərə toxunan İraqın təqlid mərcəsi Ayətullah Muhəmməd Təqi Müdərrisi bidirib: “Ölkə məmurlarından, silahlı qüvvələrdən və vətənimizin qeyrətli övladlarından, xüsusən kürd qardaşlarımızdan istəyimiz budur ki, Neynəva bölgəsini azad etsinlər və artıq məsələlərlə bağlı söhbətləri kənara qoysunlar. Biz özümüz İŞİD-lə mübarizə məsuliyyətini öhdəmizə götürməliyik (red: İraq ordusu və könüllüləri). Bəziləri Sionist qüvvələrinin əvəzinə bölgəni savaşa sürükləyirlər. Sionist rejimi bəzi ərəb ölkələrinin zəifliyindən istifadə edirlər. Bölgəni bu savaşlara məşğul etmək, həqiqətdə xalqların iradə və dözümünü aradan aparmaq üçündür. Biz Kazimeyndə, Kabulda və həmçinin Yəməndə baş verən cinayətləri məhkum edirik.”

Türkiyədə baş verən çevriliş cəhdinə də toxunan Ayətullah Müdərrisi bu hadisəni bəzi güclərin bu ölkədə vətəndaş müharibəsi yaratmaq istəkləri kimi dəyərləndirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.