haberL haberR

İraqlı uşaq terrorçunun verdiyi bombalı oyuncağı 6 km özü ilə daşıdı və...

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.01.2016 23:25:57

İraqda baş verən maraqlı lakin təhlükəli hadisə ölkə mediasının gündəminə düşüb

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə əsasən, İraq ordusu Səlahəddin bölgəsinin şimalında yaşayan bir ailəni terrorçulardan xilas edib.

Ailə,  İŞİD üzvlərindən uzaqlaşdığı zaman terrorçular yenidən onların yollarını kəsməyə nail olub. Lakin terrorçular iraqlıların azyaşlı uşağına oyuncaq "hədiyyə" edib. Lakin bu "hədiyyə" ilə, İŞİD terrorçuları özlərinin nə qədər insanlığa düşmən olduqlarını bir daha sübut edib.

İraqın könüllü dəstələrinin kapitanı Cəbbar Məmurinin dediyinə görə, araşdırmadan sonra oyuncağın bomba ilə quraşdırıldığı məlum olub. Xoşbəxtlikdən partlayıcı qurğu vaxtında zərərsizləşdirilib.

Məlumatın digər maraqlı məqamı isə, uşağın bomba ilə quraşdırılmış oyuncağı 6 kilometr özü ilə daşımasıdır. 

Qeyd edək ki, terrorçular bənzəri cinayətləri Suriyada da, həyata keçirmişdilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.