haberL haberR

İraqlılar yenidən islahatlar üçün ayaqda

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.06.2016 12:15:08

Yüzlərlə İraq vətəndaşı yenidən Təhrir meydanına yığışaraq ölkədə islahatların baş verməsini tələb ediblər.

İslamazeri.az-ın “Sumiriyya”-ya istinadən verdiyi xəbərə görə, hüquq müdafiəçilərinin də iştirak etdiyi kütləvi aksiya, Bağdadın mərkəzində qeydə alınıb.

Polis qüvvələri küçələri və körpüləri aksiya iştirakçılarının üzünə bağlayıblar.

Qeyd edək ki, ölkənin baş naziri Heydər əl-İbadi bir neçə gün öncə İraqın məlumat qurumunun rəhbəri və eləcə də 7 dövlət işçisini vəzifəsindən azad edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.