İrəvanda həkimləri girov götürən qiyamçıların TƏLƏBİ

İslamazeri.az report-a istinadən bildirir ki, silahlı qruplaşma ələ keçirdikləri binaya səhiyyə naziri Armen Muradyan və həkimlərin gətirilməsini tələb edir.
"Silahlı qruplaşmanın üzvləri ələ keçirdikləri alayın ərazisində yaralanmış üzvlərinin əməliyyat olunmasını tələb edir", - deyə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistanın polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aşot Aqaronyan polislə silahlı atışmada yaralanmış qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün hadisə yerinə getmiş həkimlərin girov götürüldüyünü bəyan etmişdi.
Xatırladaq ki, iyulun 27-nə keçən gecə silahlı qruplaşmanın üzvləri ilə polis arasında atışma baş verib. Atışma nəticəsində 3 nəfər - qruplaşmanın lideri Pavel Manukyan, onun oğlu Aram, eləcə də hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb. Polisin məlumatına görə, daha iki yaralı qruplaşma üzvü alayın ərazisindədir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.