haberL haberR

İrəvanda nümayişçilərlə polis arasında toqquşma olub

Kateqoriya: Hadisə Yayımlama tarixi: 04.12.2015 23:14:47

İrəvanın Azadlıq meydanında nümayişçilərlə polis arasında toqquşma olub.

APA-nın “News.am”-a istinadən verdiyi məlumata görə, “Müxalifətin vahid qərargahı” qurumunun  rəhbəri Jirayr Sefilyan meydanda çadırların quraşdırılmasına çağırıb.

 

Meydanı əhatəyə alan polis əməkdaşları çadırı müxalifətçilərin əlindən almaq istəyərkən toqquşma baş verib.

 

“Biz nə bahasına olursa olsun qəti addımlar atmağa hazırıq. Lakin bu prosesdə xalq da iştirak etməlidir. Dekabrın 6-da meydan insanlarla dolu olmalıdır”, deyə J.Sefilyan bildirib.

 

Qeyd edək ki, “Yeni Ermənistan” təşkilatı dekabrın 1-də mitinq və yürüş keçirərək Azadlıq meydanında müddətsiz aksiyanın başlandığını bəyan edib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.