haberL haberR

İş yerini özünüz tapmalısınız - Nazir

Kateqoriya: Ölkə Yayımlama tarixi: 30.06.2016 11:16:35

“Əmək bazarının tələbləri dəyişib. Biliyi, bacarığı olan hər bir insan özünə iş yeri yaratmaq barədə fikirləşməlidir”.

İslamazeri.az Fins.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, iş tapmaq üçün vətəndaşlar özləri cəhd etməlidirlər:

“Əgər kimsə düşünürsə ki, qapılar onun üzünə açılacaq və deyəcəklər ki, gəl bizdə işlə, bu, çox yanlış fikirdir.

Bu gün hər bir insan, o cümlədən gənclər öz işini qurmaq barədə düşünməlidir. Dövlət gəncləri dörd il ali məktəbdə ona görə oxutdurur ki, onlar əmək bazarına hazır olsunlar”.

S.Müslümov əmək yarmarkalarının əhəmiyyətindən də danışıb:

“Təbii ki, dövlət ən böyük işəgötürən kimi yenə də layiqli gənclər üçün iş yerləri açacaq, əmək yarmarkaları davam edəcək, amma əsas məsələ özünüməşğulluqdur və dövlət də məhz bununla bağlı imkanlarını ortaya qoymalıdır”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.