haberL haberR

İŞİD 2 "Taliban" terrorçusunu mürtəd ittihamı ilə güllələdi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 18.06.2015 13:41:07

İŞİD terror təşkilatı yeni video yayımlayıb

İslamazeri.az xəbər verir ki, İŞİD-in Əfqanıstan-Pakistan qolu olan "Xorasan Vilayəti" terror təşkilatı yeni video yayımlayıb. Videoda 2 nəfərə mürtəd hökmü oxunaraq güllələnir.
Güllələnən şəxslərin "Taliban" terror təşkilatının üzvü olduqları ehtimal olunur. 
Xatırladaq ki, İŞİD-in iyunun 5-də yayımladığı videoda "Taliban" terror təşkilatının lideri Molla Ömər təhdid edilmişdi və "Taliban" üzvləri Əbu Bəkr Bağdadiyə beyət etməyə çağırılmışdı.
Pakistan hökumətinin kəşfiyyat məlumatlarına görə, hər iki terror təşkilatı bir-birinə qarşılıqlı olaraq cihad elan edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.