Xəbərdarlıq mesajı

Daxil olmaq istədiyiniz səhifəyə yaş məhdudiyyəti qoyulub. Səhifəni 18 + olanlar izləyə bilər...

Bəli, 18 yaşından böyüyəm Xeyr. 18 yaşından kiçiyəm
haberL haberR

İŞİD 3 kürdün başını kəsdi, 4 nəfəri isə çarmıxa çəkdi (Foto, 18+)

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.03.2015 12:33:36

İŞİD terrorçuları bu dəfə Hasakədə qorxunc cinayətlərə imza atıb

İslamazeri.az-ın "ABNA"ya istinadən verdiyi xəbərə görə, son günlər ağır itkilər verən İŞİD terror təşkilatı, bu dəfə Hasakə şəhərinin cənubunda qorxunc cinayətə imza atıb. Terrorçular 3 kürdü edam edib, daha sonra onların fotoşəkillərini yayımlayıblar. Başlarını kəsdikləri kürdləri Suriya Ordusu ilə əməkdaşlıq etməklə ittiham ediblər.

Azğın terrorçular 3 kürdün başını kəsməkdən əlavə, 4 nəfəri də çarmıxa çəkərək şəhər mərkəzində hamının görə biləcəyi açıq yerdə xalqa nümayiş etdiriblər.

Qeyd edək ki, kürd döyüşçülər suriyalı xristianların köməyi ilə, Hasakə əyalətində İraq və Türkiyə ilə sərhədi olan Tel-Hamisi İŞİD terrorçularından geri almağı bacarmışdı. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.