haberL haberR

İŞİD 4 nəfərin ağzını tikdi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 01.09.2016 10:03:27

Hadisə İraqın Mosul şəhərində qeydə alınıb.

İŞİD terror qruplaşmasının üzvləri daha bir işgəncə ilə gündəmə gəlib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə İraqın Mosul şəhərində qeydə alınıb.

Bu dəfə terrorçular 4 nəfərin ağzını tikib. Buna səbəb isə həmin insanların İraq ordusunun həyata keçirdiyi əməliyyatları tərifləməsi olub.

Qeyd edək ki, xalqın gözünü qorxutmaq məqsədilə cəzalandırılan şəxslərin avtomobilin arxasına qoşularaq bütün şəhər boyu gəzdirildiyi bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.