haberL haberR

İraq Hizbullahının lideri yeni açıqlamalar verdi (Təfərrüat)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 15.09.2015 11:30:00

İŞİD tamamilə bir Amerika layihəsidir və İslama qarşı qoymaq üçün planlaşdırılıb

İslamazeri.az "Mehr"-ə istinadən xəbər verir ki, Amerikalıların ikili standartlara uyğun davranışlarına işarə edən İraq Hizbullahının lideri İŞİD-in Amerika layihəsi olduğuna diqqət çəkib.

MHA - "İslam Dünyası Təhsil Düşərgəsi" adlı bir foruma qatılan Ayətullah Haşim əl-Heydəri qərblilərin Amerikanın liderliyi altında müsəlmanları dünya ölkələrinin daxili işlərinə qarışdıqlarını ifadə edərək, Amerikanın Türkiyə, Qətər və Ərəbistana digər ölkələrin daxili işlərinə qarışma icazəsi verdiyini söyləyib:

"Amerika bir tərəfdən bölgədə demokratiyanın təsis edilməsini istədiyini iddia edərkən, Səudiyyə Ərəbistanında bir qadının avtomobil sürməsinə belə icazə verilmir. Amerikanın sərgilədiyi digər bir ikili standart isə başqa ölkələrin daxili işlərinə şəxsən özü müdaxilə etdiyi halda və hətta Qətər, Türkiyə və Ərəbistandakı müttəfiqlərinə müdaxilə etmə icazəsini verməsinə baxmayaraq, müsəlmanların heç bir ölkənin daxili işlərinə qarışma haqqlarının olmadığını açıqlamasıdır."

Heydəri İslam inqilabından sonra, Amerikanın və onun əlaltı qüvvələrinin strategiyalarının təcavüzkar layihələrə çevrildiyini öz çıxışına əlavə edib:

"Şübhəsiz ki, bugün Amerika və əl altılarının başçılarının planları mümkün ola biləcək ən zəif haldadır; lakin bu vəziyyət müsəlmanların özlərini rahat hiss edib sevinmələrinə və səssiz qalıb reaksiyasız qalmalarına səbəb olmamalıdır. Çünki, İslam İnqilabı Rəhbərinin də dediyi kimi düşmən bir an qəflətdə olmağımız üçün pusquda gözləyir və bugün Amerika və digər hegemon başçılar İŞİD nümunəsində olduğu kimi bütün imkanlarını hərəkətə keçirmiş vəziyyətdədirlər."

Heydəri Amerika, Sionist rejim, Səudiyyə Ərəbistanı və İŞİD-in İran ilə düşmənliyinə işarə edərək, İslam xətti daha güclüdür və dərin qaldığı müddət ərzində düşmənin daha da ciddi şəkildə önə çıxdığını ifadə edib.

"İŞİD-in yaradılış məqsədi, qətlə yetimək, baş kəsmək və haramları tapdalamaq deyil; bu hərəkatın quruluş məqsədi İslamın görüntüsünü korlamaqdır. Allahın adına insanların başını kəsirlər və bulaşdıqları cinayətləri virtual məkanda İslam dini adına yayımlayırlar; Bugün Avropa və Amerika ölkələrində İŞİD İslamın həqiqi görüntüsü hesab edilməkdədir."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.